Ərdoğan: Bu çevrilişə cəhd edənlər, əvəzini ağır ödəyəcəklər

© REUTERS / Murat CetinmuhurdarПрезидент Турции Реджеп Тайип Эрдоган
Президент Турции Реджеп Тайип Эрдоган - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidenti xalqı meydanlara çağırdı.

BAKI, 16 iyul-Sputnik. "Demokratik, xalqın seçdiyi hakimiyyəti qorumaq üçün hər kəsi meydanlara dəvət edirəm."

Türkiyənin bayrağı - Sputnik Azərbaycan
Türkiyədə hərbi çevrilişə cəhd baş verib
Bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli telekanallar vasitəsilə səsləndirib.

Çevriliş cəhdinin "paralel yapı" adlandırdığı qüvvələr tərəfindən edildiyini qeyd edən Ərdoğan, "Çevrilişə cəhd edənlər bunun əvəzini çox ağır ödəyəcəklər" deyib.

Ərdoğan çevrilişə cəhdin öhdəsindən gələcəklərini deyib. 

"Hədlərini ən qısa müddətdə bildirəcəyik" — deyən Ərdoğan müxalifət partiyalarına da müraciət edərək, onları demokratiyaya sahib çıxmağa çağırıb. 

Hazırda şəxsi təyyarəsi ilə Ankaradan İstanbula uçan Ərdoğan, orada keçiriləcək hakimiyyətə dəstək mitinqinə qatılacağını bildirib.

Xəbər lenti
0