11:39 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
1008711

Bu kəşf Mars Reconnaissance Orbiter avtomatik planetlərarası stansiyada quraşdırılmış kameraların köməyi ilə mümkün olub

BAKI, 12 iyul — Sputnik. NASA mütəxəssisləri Mars qumsallığı arasında Morze əlifbasını xatırladan bir neçə qum təpəsi aşkar ediblər. Sputnik-in məlumatına görə, bu barədə HİRISE saytı məlumat verib.

Mars planeti
© Photo : NASA

Bu kəşf Mars Reconnaissance Orbiter avtomatik planetlərarası stansiyada quraşdırılmış kameraların köməyi ilə mümkün olub. Bu kameralar Mars səthini yaxın infrastruktur diapazonda və görünən işıq şəklində çəkir.

Planetoloq Veronika Brey kadrlardakı yazıların şifrələrini açıb. "Təqribən belə bir "mətn" alınıb: "NEE NED ZB 6TNN DEIDEDH SIEFI EBEEE SSIEI ESEE SEEE!!" — deyə Brey "Gizmodo" portalına bildirib.

NASA mütəxəssisləri Mars qumsallığı arasında Morze əlifbasını xatırladan bir neçə qum təpəsi aşkar ediblər
© Photo : NASA/JPL/University of Arizona
NASA mütəxəssisləri Mars qumsallığı arasında Morze əlifbasını xatırladan bir neçə qum təpəsi aşkar ediblər

Morze əlifbasında qəbul edilmiş nöqtə və tirelər Mars səthində daha əvvəl mövcud olub. Bu işarələr Şimal qütbündəki Xaqal təpələrinin bir qədər cənubunda daha dəqiq görünür.

Alimlərin izahatına görə, "tire" qumsallıqda baş verən ikitərəfli hava axınları nəticəsində meydana gəlib. "Nöqtə" isə o vaxt yaranır ki, xəttin çəkilməsi prosesi dayanır.

Əlaqədar

Mars torpağına əkilən pomidorlar…
Yaponiya Marsda gələcək bazanın tikintisi üçün robotlar hazırlayacaq
Marsla bağlı yeni faktlar aşkarlandı
Marsı təkcə insanlar öyrənmirlər
Mars planetində şok tapıntı
Teqlər:
Morze əlifbası, NASA, planet, Mars, tapıntı

Əsas mövzular