10:52 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
1019001

Antuan Qrizman bu mükafata layiq görülüb. Kriştianu Ronaldo və Olivye Jiru 3 top hesabı ilə Qrizmandan geri qalıb.

BAKI, 11 iyul — Sputnik. Fransa yığmasının hücumçüsü Antuan Qrizman 2016-cı il futbol üzrə Avropa Çempionatının ən yaxşı futbolçusu adına layiq görülüb. Sputnik-in məlumatına görə, bu barədə turnirin rəsmi Tvitter səhifəsində məlumat verilib.

Ötən gün Fransa yığması Avropa çempionatının finalında əlavə vaxtda Portuqaliya yığmasına 0:1 hesabı ilə məğlub olub. Qrizman 7 oyunda 6 qol vurub və iki qolla nəticələnən ötürmə edib. Bununla da turnirin ən yaxşı bombardiri adına layiq görülüb.

Onu çempionatda vurduqları 3 qolla Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo və Fransa yığmasının digər üzvü Olivye Jiru izləyib.

Futbol üzrə Avropa Çempionatı Fransanın 10 şəhərində iyunun 10-dan iyulun 10-na qədər keçirilib.

Əlaqədar

Avropa Çempionatı-2016-nın qalibi bəlli oldu
Avro-2016-nın finalı: komandalar qələbə üçün istənilən qurbana hazırdırlar
Üç komanda Avropa çempionatının 1/4 mərhələsinə çıxdı
Avropa çempionatında favorit komandadan acı məğlubiyyət
Teqlər:
Olivye Jiru, ən yaxşı futbolçu, Antuan Qrizman, Fransa yığması, Portuqaliya, Avropa çempionatı, Kriştianu Ronaldo, futbol

Əsas mövzular