Yunan polisi qaçqınlara qumbara atdı

© AFP 2023 / ILIANA MIERYunanıstanın Leros adasında qaçqın düşərgəsi. Arxiv şəkli
Yunanıstanın Leros adasında qaçqın düşərgəsi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi və Qərbi Avropa ölkələrinə getmək istəyən qaçqınlar əllərində balta və daşlarla polisə

BAKI, 8 iyul — Sputnik. Yunanıstanın Leros adasında pakistanlı və əfqan qaçqınlarla polis arasında böyük toqquşma yaşanıb. Hadisə miqrantların qəbul düşərgəsində baş verib. 

Sputnik-in məlumatına görə, Mərkəzi və Qərbi Avropa ölkələrinə getmək istəyən qaçqınlar əllərində balta və daşlarla polisə hücum edib. Əsəbi miqrantlar hətta ölkəyə gələnlərin qeydiyyatının aparılması üçün nəzərdə tutulmuş ofisin olduğu konteyneri də dağıdıblar.

Hadisələrin böyüdüyünü görən polis səs qumbarasından istifadə edib. Lakin sayca az olan polislər sahilə doğru geri çəkilmək məcburiyyətində qalıblar. Bir polis yaralanıb.
Əraziyə gələn əlavə qüvvələrin birgə səyi nəticəsində asayişi bərpa etmək mümkün olub.

Qeyd edək ki, Lerosdakı düşərgədə əsasən Əfqanıstan və Pakistandan olan təqribən 650 miqrant və qaçqın yaşayır. 

Xəbər lenti
0