08:19 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Разрушенные дома Агдамского района

Müdafiə Nazirliyi Ağdamda baş verən "təxribatlar"a aydınlıq gətirdi

© Sputnik / Murad Orujov
XƏBƏRLƏR
Qısa URL
85 0 0

MN: Baş verə biləcək bütün hadisələrə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir.

BAKI, 8 iyul-Sputnik. Ermənistanın kütləvi informasiya vasitələrinin iyulun 8-nə keçən gecə cəbhənin Ağdam istiqamətində guya Azərbaycan Silahlı Qüvvələri bölmələrinin təxribat hərəkəti barədə yaydığı məlumat həqiqətə uyğun deyil və dezinformasiya xarakteri daşıyır.

Sputnik-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyi bəyanat verib.

Nazirliyin saytında bildirilir ki, Ermənistanda hökm sürən qeyri-sabit siyasi vəziyyətdən ölkə ictimaiyyətinin fikrini yayındırmaq məqsədi güdən Ermənistan rəhbərliyi bu cür dezinformasiya xarakterli məlumatları yaymaqla cəbhədəki vəziyyəti növbəti dəfə gərginləşdirməyə cəhd göstərir.

"Əvvəllər də bəyan etdiyimiz kimi, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiq qalaraq yalnız düşmən təxribatının qarşısının alınması tədbirlərini həyata keçirir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır, düşmənin ön xətdəki istənilən təxribatının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Baş verə biləcək bütün hadisələrə görə isə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəkdir." — deyə bəyanatda bildirilir.

Əlaqədar

Ermənistan hərbçiləri Azərbaycan ərazisini atəşə tutublar
Ermənistan atəşkəsi 12 dəfə pozub
"Ermənistan yenə də mövcud status kvonun gücləndirilməsinə çalışır"
"Ermənistan necə iddia edə bilər ki, sülh tərəfdarıdır?"
Ermənistan atəşkəsi daha 23 dəfə pozub
Teqlər:
təxribat, Silahlı Qüvvələr, Müdafiə Nazirıiyi, Ağdam, Ermənistan

Əsas mövzular