20:02 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
Felicia Livingstone

Qaradərili amerikalı Sputnik-ə danışdı: ABŞ-da dəhşət baş verir

© Foto : F.Livingstonun şəxsi arxıvı
XƏBƏRLƏR
Qısa URL
862711

Felicia Livingstone: Burada vəziyyət dəhşətlidir. Son vaxtlar olduğu qədər polis vəhşiliyi görməmişdik.

BAKI, 8 iyul — Sputnik. ABŞ-da, Texas ştatına bağlı Dallas şəhərində qaradərili əhali polis zorakılığına qarşı geniş aksiya keçirib. Nümayişlər bir neçə polisin öldürülməsi ilə nəticələnib. Belə ki, polisin ötən iki gün ərzində iki nəfər qara dərilini kobud şəkildə öldürməsinə qəzəblənən yerli əhali 4 (artıq öldürülən polislərin sayı 5-ə çatıb-red.) polis əməkdaşını güllələyərək öldürüb. Daha 11 nəfər polis isə ağır yaralanıb.

Sputnik xəbər verir ki, hadisə ətrafdakı binanın yuxarı mərtəbəsinə yerləşən iki snayperçinin atəş açması nəticəsində baş verib.

Son 2 gündür ki, ABŞ-ın iri şəhərlərində, o cümlədən Dallasda kütləvi aksiyalar keçirilir. Buna səbəb polisin afro-amerikalıları cüzi səbəblərə görə öldürməsidir. Qara dərili amerikalılar hüquq-mühafizə orqanı əməkdaşlarının həddindən artıq qəddarlıq nümayiş etdirməsinə etiraz bildirir və günahkarların cəzalandırılmasını tələb edirlər.

ABŞ-ın Texas ştatında qaradərili əhalinin polis zorakılığına qarşı aksiyası
© REUTERS / Dallas Police Department/Handout
ABŞ-ın Texas ştatında qaradərili əhalinin polis zorakılığına qarşı aksiyası

Sputnik-ə açıqlama verən Dallas şəhər sakini Felicia Livingstone, ümumilikdə Texas ştatında vəziyyətin çox gərgin olduğunu bildirib:

"Burada vəziyyət dəhşətlidir. Şəhərimizdə hələ indiyədək belə uzunmüddətli və gərgin aksiya olmamışdı. Və əlavə etmək istəyirəm ki, son vaxtlar olduğu qədər polis vəhşiliyi görməmişdik. Amerikada afro-amerikalılara qarşı çox pis rəftar edilir".

Felicia Livingstone, 3 gün öncə polis tərəfindən öldürülən Alton Sterling adlı qaradərili vətəndaşı şəxsən tanıdığını, hadisənin onun evinin yaxınlığında baş verdiyini deyib.

Qeyd edək ki, 4 polisin öldürülməsi ilə nəticələnən atışmadan sonra saxlanılan şəxs Dallasın mərkəzində bomba quraşdırdığını söyləyib. O, daha çox polisin öldürüləcəyini bildirib.

Sputnik CNN-ə istinadən xəbər verir ki, bu barədə Dallas şəhər polis şefi Devid Braun məlumat verib.

Polis rəisinin sözlərinə görə, şəhərdəki atışmada azı 4 nəfərin əli olub.

Hadisə ilə əlaqədar ABŞ hökuməti Dallas üzərində uçuşları müvəqqəti olaraq dayandırıb.

İlhan Tanır, Türkiyənin Cümhuriyyət qəzetinin Vaşinqton təmsilçisi
© Foto : İ.Tanırın şəxsi arxivindən
İlhan Tanır, Türkiyənin "Cümhuriyyət" qəzetinin Vaşinqton təmsilçisi

Mövzuya münasibət bildirən Türkiyənin Cümhurriyət qəzetinin Vaşinqton təmsilçisi İlhan Tanır, Amerikada kimlərinsə qara dərili əhalini hökumətə qarşı qaldırmaq planının olduğunu iddia edib.

"Baş verənləri tam detalları ilə bilmədiyim üçün ancaq öz iddiamı söyləyə bilərəm. Fakt odur ki, Amerikada kimsə ya da kimlərsə, bu bir gizli təşkilat da ola bilər, afro-amerikalıları dövlətə qarşı qaldırmağa çalışır. Sadəcə bunu nəyə görə etmək istəyirlər, anlamaq olmur. Ancaq düşünürəm ki, bunu planlaşdıranlar qara dərililərin içindən deyil. Çünki heç bir zənci amerikalı, ağdərili polisə gəl məni səbəbsiz yerə öldür demir. Artıq neçənci dəfədir ki, polis qəsdən qaradərili vətəndaşları öldürməyə davam edir", — deyə jurnalist İ.Tanır qeyd edib.

Əlaqədar

ABŞ səfirliyi qarşısında terror şoku
ABŞ-da polislər daha bir qaradərili şəxsi qətlə yetiriblər
Teqlər:
Devid Braun, Dallas, Texas, polis, Felicia Livingstone, ABŞ

Əsas mövzular