00:22 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Varşavada bugün NATO-nun sammiti başlayır

NATO sammitində Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir

© REUTERS / Kacper Pempel
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Prezident İlham Əliyev NATO sammitinə qatılmaq üçün Varşavaya gedib.

BAKI, 8 iyul-Sputnik. Polşanın paytaxtı Varşavada bu gün NATO-nun sammiti başlayır.

Sputnik APA-ya istinadla xəbər verir ki, sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.

NATO liderləri 2 günlük görüşdə Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli taborun göndərilməsini razılaşdıracaqlar. Müttəfiqlər kiber müdafiənin, mülki hazırlığın, ballistik raketlər əleyhinə müdafiənin gücləndirilməsi istiqamətində addımlar atacaq, stabilliyin təmin edilməsi üçün alyansın İraqdakı təlim missiyasını genişləndirmək və onun Mərkəzi Aralıq dənizi bölgəsindəki rolunu artırmaqla bağlı da razılıq əldə edəcəklər.

Sammitdə İŞİD əleyhinə qlobal koalisiyanın dəstəklənməsi üçün havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AWACS) göndərilməsi təsdiqlənəcək.

Toplantıda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir.

Əlaqədar

NATO Rusiyanın "qulağının dibinə" yaxınlaşdı
"NATO daxilində böhran başladığının şahidi olacağıq"
Nəcməddin Sadıkov NATO-da keçirilən görüşlərdə iştirak edib
Rusiyadan NATO-ya ismarıc: "Şərəf sözü veririk ki..."
Rusiya NATO-ya qarşı 3 yeni hərbi birlik yaradır
Teqlər:
Litva, Estoniya, Dağlıq Qarabağ, Latviya, sammit, İŞİD, NATO, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Varşava, Polşa

Əsas mövzular