14:54 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
192710

Osmanlı imperiyasında gecə azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağan idi

BAKI, 5 iyul — Sputnik. Osmanlı dövründə maraqlı qadağalar tətbiq olunub. Sputnik milliyet-ə istinadla onların bəzilərini təqdim edir:

Müsəlman olmayanlara cariyə satmaq qadağan idi. İstanbulda böyük bir əsir bazarı vardı. Ticarət məqsədi ilə gələn xaricilərin qısa bir müddət ərzində buradan əsir və cariyələri alıb istifadə etdikdən sonra küçəyə buraxmalarından sonra, 1559-cu ildə çıxarılan qanunla qeyri-müsəlmanlara əsir satılması qadağan edildi.

Yatsı azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağan idi. Küçələrə fanarların qoyulmasından əvvəl verilən bir qərardır. Küçələrin təhlükəsizliyi kafi olmadığından və gecələri küçəyə çıxan xalqın bir qiyama səbəb ola biləcəyi düşünülərək uzun illər tətbiq olunub.

Qəhvəxana və tütün qadağası mövcud idi. Tütün Osmanlılara 17-ci əsrdə gəlib və qısa bir müddətdə çox geniş yayılmışdı. Dördüncü Murad zamanında isə tütündən istifadə ölümlə cəzalandırılırdı.

İçki qadağası var idi. Müxtəlif dövrlərdə bu qadağa tətbiq edilsə də, ən sərti isə dördüncü Murad zamanında olub.

  • Hərəm
    Hərəm
    © Photo : PUBLIC DOMAIN
  • Qəhvəxana
    Qəhvəxana
    © Photo : PUBLIC DOMAIN
  • Qayıqda təsvir olunmuş qadın
    Qayıqda təsvir olunmuş qadın
    © Photo : PUBLIC DOMAIN
  • Qaraçılar
    Qaraçılar
    © Photo : PUBLIC DOMAIN
  • İçki içmə qadağası
    İçki içmə qadağası
    © Photo : PUBLIC DOMAIN
  • Taxta başmaq geymə qadağası
    Taxta başmaq geymə qadağası
    © Photo : PUBLIC DOMAIN
  • Yatsı azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağası
    Yatsı azanı ilə səhər azanı arasında küçəyə çıxmaq qadağası
    © Photo : PUBLIC DOMAIN
  • Qadınların Əyyubda qaymaq dükanına girməsi qadağası
    Qadınların Əyyubda qaymaq dükanına girməsi qadağası
    © Photo : PUBLIC DOMAIN
  • Osmanlıda qadınlara açıq geyinmə qadağası
    Osmanlıda qadınlara açıq geyinmə qadağası
    © Photo : PUBLIC DOMAIN
1 / 9
© Photo : PUBLIC DOMAIN
Hərəm

Qadın və kişilərin qayıqlara birlikdə minmə qadağası mövcud idi. Fateh Mehmet zamanından ikinci Əbdülhəmid zamanına qədər davam edib. Kadınların kişilərlə qayıqlar içərisində əlverişsiz davranışlar edə biləcəyi düşünülərək qoyulmuş bir qadağa idi.

Qadınların Əyyubda qaymaq dükanına girməsi qadağan edilmişdi. Bu, 16-cı əsrdə qoyulmuş bir qadağa olub. Əyyub Sultanı ziyarət etmək bəhanəsiylə getdikləri qaymaq satılan dükanlarda kişilərlə görüşdükləri müəyyən edildikdən sonra qoyulmuş bir qadağadır.

Osmanlıda qadınlara açıq geyinmə qadağası mövcud idi. Müxtəlif dövrlərdə bununla bağlı fərman verilərək, açıq paltarlar geyərək kişiləri başdan çıxartmağa çalışan qadınların və bu paltarları tikən dərzilərin cəza alacaqları bildirilmişdi.

Qadınlara gəzmək qadağası var idi. Qadınların gəzməli yerlərdə sevgililəriylə görüşəcəkləri düşünülərək 1752-ci ildə qoyulmuş bir qadağadır.

Hamama gedən qeyri-müsəlmanlara taxta başmaq geymə qadağası var idi. Hamamlarda müsəlman və müsəlman olmayanları ayırd etmək məqsədiylə qoyulmuş, səbəbi bilinməyən bir qadağadır.

Şəhər içərisində ata və arabaya minmək qadağan idi. 17-ci əsrə qədər şəhər içərisində arabaya və ata minmək qadağan idi.

Qaraçılara ata minmək qadağası da var idi.

Əlaqədar

Yaxın qohumların bir-biri ilə ailə qurması qadağan edildi
Konstitusiya Məhkəməsi kredit borcuna görə həbsi qadağan edib
Bu məhsulların Azərbaycana idxalı qanunla qadağan edildi
Bu yaş kateqoriyalarına sərnişin daşımaq qadağan edildi
Latviyada rus dilinə birdəfəlik qadağa
Teqlər:
cariyə, içki, siqaret, qəhvə, qadağa, Osmanlı, qadın

Əsas mövzular