CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan şərab istehsalçılarının diqqətinə!

© TrendSpirtli içkilər
Spirtli içkilər - Sputnik Azərbaycan
Abunə olmaq
Macarıstanda Azərbaycan şərabının təqdimatı olacaq

BAKI, 30 iyun-Sputnik. Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərən Budavar Şərabçılar Gildiyası 2016-cı ilin oktyabr ayında Azərbaycan milli şərablarının təqdimatını və dequstasiyasını keçirməyi təklif edir.

Spirtli içki içən adam. Arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Ramazanda spirtli içki içməyin cəzası nədir?

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Sputnik-ə bildiriblər ki, təqdimatın 3 qırmızı və 3 bəyaz şərab növləri olmaqla, bir neçə Azərbaycan şərabçılıq zavodunun iştirakı ilə keçirilməsi planlaşdırılır. Tədbirdə həmçinin narşərab nümayiş etdirilə bilər.

Təqdimat mərasimində Budavar Şərabçılar Gildiyasının üzvləri, şərabçılıq texnologiyası ilə məşğul olan tanınmış macar alimləri, macar şərab istehsalçıları, rəsmilər və jurnalistlər iştirak edəcəklər. Yerli mətbuatın geniş şəkildə işıqlandıracağı tədbir Azərbaycan şərabının xarici bazarlara ixracına müsbət təsir göstərə bilər.

Maraqlı olan Azərbaycan şərab istehsalçıları tədbirdə iştiraka dəvət olunur və bu haqda AZPROMO-ya məlumat vermələri xahiş olunur:
Tel.: +994 5980147/48 (dax.- 123)
E-mail: anuriyev@azpromo.az

Xəbər lenti
0