23:21 14 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
6401

Bu gün dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun doğum günüdür

BAKI, 30 iyun — Sputnik. 1812-ci ilin 30 iyununda Azərbaycanın görkəmli yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (Axundzadə) dünyaya gəlib. O, 1812-ci ildə Nuxa şəhərində anadan olub.

Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüblər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb.

Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənib. Lakin Mirzə Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.

Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli, 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə Tiflisə gedir, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilib.

1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov, sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət verib, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirib.

Mirzə Fətəli Axundovun qızı Nisə xanım Xanbaba xanın həyat yoldaşı olub. Axundov 1878-ci ildə Tiflisdə vəfat edib və Tbilisi botanika bağında yerləşən müsəlman məzarlığında dəfn olunub.

Əlaqədar

Mirzə Fətəli Axundovun ev-müzeyi
Bu gün qayınananın doğum günüdür
Görkəmli tarzənin doğum günü
"Ştirlis"in doğum günü
Bakıda Puşkinin doğum günü qeyd edilib
Teqlər:
filosof, ictimai xadim, dramaturq, Mirzə Fətəli Axundov, doğum günü, yazıçı, dramaturgiya

Əsas mövzular