Terrorda həyatını itirənlərin sayı 28-ə çatdı

© Hadisə şahidinin çəkdiyi fotoAtatürk aeroportunda insanlar partlayışdan sonra
Atatürk aeroportunda insanlar partlayışdan sonra - Sputnik Azərbaycan
Abunə olmaq
Anadolu Agentliyi baş vermiş terror hadisəsi zamanı 6-sı ağır olmaqla 60 yaralı olduğunu bildirib

BAKI, 29 iyun — Sputnik. Bu gün axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş verən terror aktlarında ölənlərin sayı 28-ə çatıb. Sputnik xəbər verir ki, bu barədə İstanbul valisi Vasip Şahin məlumat verib.

Türkiyənin rəsmi Anadolu Agentliyi baş vermiş terror hadisəsi zamanı 6-sı ağır olmaqla 60 yaralı olduğunu bildirib. Yaralılar patlayışdan sonra əraziyə cəlb edilmiş 49 təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıb.

Xəbər lenti
0