11:15 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
Pəncərə şüşəsindəki yağış damcıları. Arxiv şəkli

Sabaha olan hava proqnozu açıqlanıb

CC0 / tookapic / rain
XƏBƏRLƏR
Qısa URL
236710

BAKI, 25 iyun — Sputnik. Bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq. 

Azərbaycan rayonlarında iyunun 26-da gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Əlaqədar

Sabah Azərbaycanda havanın temperaturu kəskin yüksələcək
Sabah rayonlarda havanın temperaturu yüksələ bilər
Şimal və qərb rayonlarında şimşək çaxacaq, yağış yağacaq
Yağışların ardı-arası kəsilmir
Sabaha leysan yağışlar və dolu gözlənilir
Teqlər:
külək, temperatur, iqlim, yağış, hava

Əsas mövzular