CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının bu rayonu susuz qalacaq

© Photo : STRİçməli su
İçməli su - Sputnik Azərbaycan
Abunə olmaq
Qara Qarayev və Babək prospektlərində, E.Süleymanov, İ.Məmmədov, M.Şərifli, T.Abbasov, C.Naxçıvanski, R.Teymurov, B.Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq

BAKI, 24 iyun — Sputnik. Paytaxtın bəzi ərazilərində bu gün su problemi yaşanacaq. Bu barədə Sputnik-ə "Azərsu" ASC-nin ctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, Bakı şəhəri Nizami rayonu ərazisində yeni çəkilmiş magistral su xətlərinin mövcud sistemlərə qoşulması ilə əlaqədar 24 iyun 2016-cı il tarixində gün ərzində Qara Qarayev və Babək prospektlərində, həmçinin E.Süleymanov, İ.Məmmədov, M.Şərifli, T.Abbasov, C.Naxçıvanski, R.Teymurov, B.Nuriyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu " ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0