CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Möhtəşəm gün yaxınlaşır

© İllüstrasiya"Araz" supermarketlər şəbəkəsinin bonus kampaniyası
Araz supermarketlər şəbəkəsinin bonus kampaniyası - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah "Araz" və SPAR marketlər şəbəkəsi tərəfindən elan edilən "Möhtəşəm 100 gün" lotereyasının finalı baş tutacaq

BAKI, 23 iyun — Sputnik. 17 mart-24 iyun tarixlərini əhatə edən "Araz" və SPAR marketlər şəbəkəsi tərəfindən elan edilən "Möhtəşəm 100 gün" lotereyasının finalına saylı günlər qaldı. "Möhtəşəm 100 gün" lotereyası özünün hədiyyə fonduna görə bir ilkə imza atıb. 

24 iyun tarixi "Möhtəşəm 100 gün" lotereyasının son günüdür və uduşların oynanılması isə 30 iyun tarixində "Fairmont" otelində keçiriləcək. Oyunun "Fairmont" otelində keçirilməsi barədə öncədən müştərilərə məlumat verilib və arzu edən hər bir müştəri dəvətlidir.

Avro - əskinas - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lotereyada 76 milyon avro qazandı

Eyni zamanda uduşların keçirilmə mərhələsini izləmək üçün müştərilərin çoxsaylı müraciətlərini nəzərə alaraq araz marketin facebook sosial şəbəkəsi üzərindən canlı yayımı da təşkil ediləcək. Lotereya oyununun şəffaf keçirilməsinin təmin edilməsi məqsədilə "Araz" marketlərində yerləşdirilən lotereya qutularının ağzı blomlanaraq qeydə alınır. Həmin qutular xüsusi çəkiliş qurupları ilə yığılaraq 30 iyun tarixində "Fairmont" oteldə komissiya üzvlərinin iştirakı ilə lototrona boşaldılacaq.

Qeyd edək ki, "Möhtəşəm 100 gün" lotereyasının şərtlərinə görə "Araz" və SPAR marketlər şəbəkələrində 17 mart-24 iyun tarixləri aralığında hər 20 manatlıq alış-veriş edən müştəri bir ədəd kupon-lorereya qazanır.

Xatırladaq ki, uduşda Kristal Abşerondan 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 3 ədəd Toyota Bakı Mərkəzində avtomobil (Prado, Camry, Corolla), Bakı Electorincsdən 100-dən çox müxtəlif hədiyyələr oynanılacaqdır.

Xəbər lenti
0