CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün paytaxtda su böhranı yaşanacaq

© Photo : STRİçməli su
İçməli su - Sputnik Azərbaycan
Abunə olmaq
Suyun verilməsində yaranacaq məhdudiyyətlər, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədardır

BAKI, 22 iyun — Sputnik. Bu gün paytaxtın Qara Qarayev və Babək prospektlərinin, həmçinin E.Süleymanov və İ.Məmmədov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Bu barədə Sputnik-ə "Azərsu " ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, suyun verilməsində yaranacaq məhdudiyyətlər, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsində su təchizatı sistemlərinin yenidən qurulması işlərinin aparılması ilə əlaqədardır. Gün ərzində yaranacaq narahatlıqla əlaqədar "Azərsu " ASC abonentlərdən üzr istəyir.

Xəbər lenti
0