00:39 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
9701

Bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

BAKI, 21 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, sabah paytaxt və yarımadada mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 19-20, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 22-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi, günün ikinci yarısında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Əlaqədar

Sabaha leysan yağışlar və dolu gözlənilir
Qarabağlılar güllə yağışı altında çörək becərmək istəmirlər
Bakı və rayonlarda güclü yağış gözlənilir
"Bakıda yağış yağsa belə, Avropa Qran Prisi baş tutacaq"
Yenə yağış, dolu, şimşək...
Bakıda yağış, rayonlarda dolu gözlənilir
Teqlər:
dolu, iqlim, bulud, şimşək, külək, hava, yağış

Əsas mövzular