CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlar üçün festival təşkil olunacaq

© Photo : "Biosfer" İctimai Birliyi Uşaqlar
Uşaqlar - Sputnik Azərbaycan
Abunə olmaq
Festivalda fəal iştirakı ilə fərqlənən 10 uşaq seçilərək, diplomlar və xüsusi hədiyyələr ilə təltif olunacaq. Festivalda iştirak edən digər uşaqlara sertifikatlar təqdim ediləcək.

BAKI, 21 iyun — Sputnik. İyunun 26-27-də Uşaqlar üçün Cizgi Filmləri və Kitab Festivalı təşkil edəcək. Tədbir "Gəncliyin Şöləsi" Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və "ABŞ-da Təhsil Almış Məzunlar" ictimai birliyinin və "Level Up School of Professional Studies and Business" Təhsil Şirkətinin təşkilati dəstəyi ilə reallaşacaq.

Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların iştirakçıları - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sağlamlıq imkanı məhdud uşaqlara müxtəlif peşələr öyrədilir

Layihənin məqsədi — Uşaqlar və onların valideyinləri arasında milli çizgi qəhramanlarını və oxu mədəniyyətini təbliğ etməklə onların intellektual, sosial və mədəni inkişafına dəstək olmaq, eyni zamanda, bu layihə vasitəsi ilə uşaqlar və valideynlər arasında korporativ sosial məsuliyyət daşıyan biznes qurumları haqqında məlumatlılıq səviyyəsini artırmaqdır. Festivalda 6-16 yaş həddində olan 100-dən artıq azərbaycanlı uşaqlar və onların valideynləri iştirak edəcək. Qeyd olunan layihəni həyata keçirməklə Azərbaycanda ilk dəfə olaraq milli cizgi filmi və kitab festivalı təşkil olunacaq.

Festival iyun ayının 26-da "ABŞ-da Təhsil Almış Məzunlar" ictimai birliyinin Caspian Biznes Mərkəzində (ünvan: Cəfər Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə) yerləşən konfrans zalında təşkil olunacaq. Festivalın rəsmi açılışına Azərbaycanın tanınmış xadimləri, KİV nümayəndələri, biznes qurumlarının təmsilçiləri və mədəniyyət xadimləri dəvət olunacaq.

Festivalın əyləncəli hissəsi zamanı isə uşaqlar üçün cizgi filmlərinin nümayişi, kitab yarmarkasının, əyləncəli musiqili yarışların, müxtəlif rəqs proqramlarının, klounların əyləncəli proqramının və s. təşkil olunması planlaşdırılır. Bununla yanaşı, festivalda fəal iştirakı ilə fərqlənən 10 nəfər uşaq seçilərək diplomlar və xüsusi hədiyyələr ilə təltif olunacaq. Festivalda iştirak edən digər uşaqlara sertifikatlar təqdim ediləcək.

Festivalda iştirak etmək istəyən iştirakçılar aşağıda qeyd olunan əlaqəli şəxslə əlaqə saxlaya bilərlər:

Elvin Vəliyev
Mobil: +99477 517 70 11
E-mail: youthbeam@yahoo.com

Xəbər lenti
0