Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Donald Tramp Vladimir Putinin fikirlərini dəstəkləyib

© REUTERS / Nancy WiechecABŞ prezidentliyinə namizəd Donald Tramp
ABŞ prezidentliyinə namizəd Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp "Corriere della Sera" qəzetinə müsahibəsində ABŞ-Rusiya münasibətlərinin tam formatda bərpası ilə bağlı təşəbbüsünün V. Putin tərəfindən dəstəklənməsinə də münasibət bildirib.

BAKI, 19 iyun — Sputnik. ABŞ prezidentliyinə namizəd, milyarder Donald Tramp Rusiya prezidenti Vladimir Putini Vaşinqtona dəvət etməyə hazır olduğunu bildirib. 

Tramp "Corriere della Sera" qəzetinə müsahibəsində ABŞ-Rusiya münasibətlərinin tam formatda bərpası ilə bağlı təşəbbüsünün V. Putin tərəfindən dəstəklənməsinə də münasibət bildirib. 

O deyib ki, Putinlə razıdır: "Biz münasibətləri dəstəkləməliyik. Rusiya ilə razılığa gəlmək gözəl olar, bu, dünyada vəziyyətə müsbət təsir göstərər. Rusiya da İŞİD terror təşkilatına qalib gəlmək istəyir. Rusiya gücdür və güclərimizi koordinasiya etmək müsbət hal olar".

Xəbər lenti
0