02:53 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
440 0 0

Turistlər ölkədən gedəndə aldıqları mallara görə ödədikləri ƏDV-ni geri alacaqlar.

BAKI, 17 iyun-Sputnik. Azərbaycana gələn qonaqlar alış-veriş zamanı "Tax free" imkanlarından istifadə edərək ödədiyi məbləğin bir hissəsini geri ala biləcəklər.

Sputnik Vergilər Nazirliyinə istinadla xəbər verir ki, "Tax free" xarici vətəndaşlar tərəfindən alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir.

Bu imkandan istifadə etmək üçün xüsusi "Tax free" stikerləri olan ticarət obyektindən alış-veriş etmək lazımdır. "Tax free" stikerləri olan mağazalarda turistlər aldığı mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edən zaman hava limanında geri ala biləcək.

Nazirlikdən onu da bildiriblər ki, müvafiq sənədlər təsdiqlənmək üçün artıq təqdim olunub, hazırda sistem test rejimindədir.

Azərbaycan vətəndaşları, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə verilən, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilən əcnəbilərə və vətəndaşlığı olmayanlar, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslər və yaşı 14-dən aşağı olanlar "Tax free" imkanından yararlana bilməz.

TAX FREE bəzi mallara — aksizli mallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, ixracı üçün lisenziya tələb edilən mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, müşayiət olunmayan baqajla Azərbaycan ərazisindən aparılan mallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara şamil edilmir.

Əlaqədar

Turist Milli Parkda gəzinti zamanı ürək tutmasından dünyasını dəyişib
Alman şirkəti Qarabağa turist səfəri təşkil edir
Teqlər:
tibbi ləvazımat, dərman preparatları, turistlər, qonaqlar, Tax free, aksiz markası, ƏDV

Əsas mövzular