15:36 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Günəş tutulması

Qeyri-adi günəş tutulması baş verəcək

© AFP 2019 / CHAIDEER MAHYUDDIN
XƏBƏRLƏR
Qısa URL
69 0 0

Gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək.

BAKI, 17 iyun-Sputnik. İyunun 21-də insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar.

Sputnik APA-ya istinadla xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bildirdiyinə görə, həmin gün bədrlənmiş Ay və Günəş dönümü baş verəcək.

Növbəti oxşar hadisənin 2042-ci ildə baş verəcəyi gözlənilir. AMEA iyunun 21-də səmanı meteor axınlarının bəzəyəcəyini xəbər verib:

"Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq. İyul ayının sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqust tarixlərində çoxsaylı "düşən ulduz"-ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünməyən Yupiter və Venera planetlərinin yaxınlaşması baş verəcək".

Məlumata görə, payızın ilk günü qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, onun yalnız kiçik "alovlu" hissəsini görünməsinə imkan verəcək.

Əlaqədar

Yerin Günəş ətrafında fırlandığını ilk dəfə iddia etmiş alim
Günəş sistemində dünyadan 10 qat böyük olan yeni planet kəşf edilib
Astronomlar Günəş sisteminin ən uzaq planetini aşkar ediblər
Ekoloq: Günəş yatıb
Günəş şualarından uzaq olmaz lazımdır
Teqlər:
Delta-Akvarida, meteor axını, Perseida, günəş tutulması, AMEA, günəş, Azərbaycan Milli Elmlər Akademiyası

Əsas mövzular