07:12 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
56 0 0

Rəsmi Tehran anti-İran fəaliyyətin qınanmasını, eləcə də Vaşinqtonun zərərə görə təzminat ödəməsini tələb edib.

BAKI, 16 iyun-Sputnik. İran hökuməti 2 milyard dolları həcmində dondurulmuş aktivləri qaytarmaqdan imtina etdiyinə görə, ABŞ-a qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırıb. 

Sputnik Haberler.com-a istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani açıqlama verib.

Mövzu ilə bağlı dövlət televiziyasına danışan Ruhani "İranın pulları ABŞ-ın boğazında qalacaq" deyib

Məlumata görə, rəsmi Tehran anti-İran fəaliyyətin qınanmasını, eləcə də Vaşinqtonun zərərə görə təzminat ödəməsini tələb edib.

Bu ilin aprel ayında Birləşmiş Ştatlar Ali Məhkəməsi 2 milyard dolların 1983-cü ildə Beyrutdakı partlayışın və digər terror aktları qurbanlarının ailələrinə ödənilməsi haqqında qərar qəbul edib.

Teqlər:
Beyrut, Birləşmiş Ştatlar Ali Məhkəməsi, İran prezidenti Həsən Ruhani, Tehran, pul, İran, BMT, ABŞ

Əsas mövzular