Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rusiyanın müdafiə nazirləri Moskvada görüşüblər

© Photo : APASergey Şoyqu və Zakir Həsənov. Arxiv şəkli
Sergey Şoyqu və Zakir Həsənov. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlər ölkələrimiz arasındakı hərbi-texniki əməkdaşlığı yüksək qiymətləndiriblər.

BAKI, 15 iyun-Sputnik. Rusiya və Azərbaycan müdafiə nazirləri Moskvada görüş keçiriblər.

Moskva. Arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanın müdafiə naziri Moskvaya gedir
Sputnik-in məlumatına görə, görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu iki ölkə arasında hərbi-texniki sahədəki əməkdaşlığın strateji xarakter daşıdığını söyləyib.

Azərbaycanlı həmkarı ilə görüşə şad olduğunu vurğulayan Şoyqu deyib ki, ölkələrimiz arasın bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq yüksək səviyyədədir.

Zakir Həsənov da öz növbəsində Rusiya və Azərbaycan arasında hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirib.

O, Rusiya müdafiə nazirini Azərbaycana səfərə dəvət edib.

Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB ölkələri Müdafiə Nazirləri Şurasının bu gün keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya gedib.

İclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi Hərbi Əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, Hava-kosmik Müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.

Zakir Həsənovun Sergey Şoyqu ilə görüşü də bu səfər çərçivəsində reallaşıb.

Xəbər lenti
0