Türkiyədə növbəti terror aktı baş verib

© Photo : DHAVanda terror
Vanda terror - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin Van vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.

BAKI, 14 iyun-Sputnik. Türkiyənin Van vilayətində yolda quraşdırılan əldəqayırma bomba zirehli polis avtomobilinin hərəkəti zamanı partlayıb.

Sputnik-in məlumatına görə, hadisə nəticəsində maşında olan 6 polis əməkdaşı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Terror aktının PKK silahlıları tərəfindən törədildiyi bildirilir.

Türkiyə polisi ərazidə iri əməliyyat həyata keçirir.

Xəbər lenti
0