Bu məhsulların Azərbaycana idxalı qanunla qadağan edildi

© AFP 2023 / SERGEI SUPINSKYTaxıl zəmisi. Arxiv şəkli
Taxıl zəmisi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclis genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsinə qadağa qoydu.

BAKI, 14 iyun-Sputnik. Milli Məclisin növbədənkənar iclasında "Taxıl haqqında" Qanunda dəyişikliklərə baxılıb.

Sputnik xəbər verir ki, layihə barədə danışan millət vəkili Eldar İbrahimov Qanuna 6.8-ci və 11.5-ci maddələrin əlavə edildiyini söyləyib.

6.8-ci maddədə deyilir ki, taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir.

Digər əlavəyə görə, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilmir.

Dəyişiklik səs çoxluğu ilə qəbul edilib.

Xəbər lenti
0