21:54 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
5911

Milli Məclis nəhayət "Elm haqqında" qanunu qəbul edib.

BAKI, 14 iyun-Sputnik. Parlamentin bugünkü iclasında "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik xəbər verir ki, qanun layihəsi barədə danışan millət vəkili İsa Həbibbəyli layihənin 7 fəsil, 40 maddədən ibarət olduğunu, qarşıya qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verdiyini söyləyib.

O, qeyd edib ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər.

Layihəyə görə, Azərbaycanda doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsi dövlət tərəfindən təmin ediləcək, habelə gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm də yaradılacaq.

Millət vəkili deyib ki, qanun layihəsində dövlət
büdcəsindən maliyyələşmə ilə bərabər, proqram maliyyələşməsi, qrantlar, sahibkarlıq maliyyələşməsi və digər bir sıra maliyyələşdirmə mexanizmləri əksini tapıb. Bu mexanizmlər elm müəssisələrinin özlərini maliyyələşdirmələrində mühüm rol oynayacaq.

Layihə səsə qoyularaq qəbul edilib.

Əlaqədar

AMEA prezidenti: Elm özü pul qazanmalıdır
Milli Məclisin növbədənkənar iclası keçirilir
Teqlər:
"Elm haqqında" Qanun, AMEA, Azərbaycan, kredit, təhsil, millət vəkili İsa Həbibbəyli, doktorantura

Əsas mövzular