Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanın müdafiə naziri Moskvaya gedir

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidMoskva. Arxiv şəkli
Moskva. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah Rusiya paytaxtında MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

BAKI, 14 iyun-Sputnik. Sabah Rusiya paytaxtında MDB ölkələri Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Sputnik APA-ya istinadla xəbər verir ki, iclasda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edəcək.

İclasda MDB-yə üzv dövlətlərin 2020-ci ilə kimi hərbi əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsi, hava-kosmik müdafiəsi Konsepsiyası layihəsinin işlənilməsi və "Beynəlxalq Hərbi Oyunlar 2016"-nın keçirilməsi məsələlərinə baxılması planlaşdırılır.

Xəbər lenti
0