Azərbaycan İranla ciddi bir sazişi təsdiqlədi

© Flickr / Franx'Tehran
Tehran - Sputnik Azərbaycan
Abunə olmaq
Parlament Tehran sazişinə yekdilliklə səs verib.

BAKI, 14 iyun-Sputnik. Parlamentin iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Sputnik xəbər verir ki, 2016-cı il fevralın 23-də Tehran şəhərində imzalanmış Saziş təsdiq edilib.

Saziş barədə Milli Məclisin sədr müavini Valeh Ələsgərov məlumat verib.

Sazişdə deyilir ki, tərəflər "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edir.

Tərəflərin "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının su ehtiyatlarından istifadə etməsi bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaq.

Azərbaycana məxsus "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunanədək qarşılıqlı razılaşma əsasında yalnız İran ərazisində istifadə edilə bilər.

Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmə hüququna malikdir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xəbər lenti
0