Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı tələbələr Bakıya staj keçməyə gəliblər

© Photo : REPORT IARusiya Dövlət Humanitar Universitetinin bir qrup tələbəsi Bakı Slavyan Universitetinin yay məktəbində staj keçmək üçün Bakıya gəlib
Rusiya Dövlət Humanitar Universitetinin bir qrup tələbəsi Bakı Slavyan Universitetinin yay məktəbində staj keçmək üçün Bakıya gəlib - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı tələbələrə BSU-nun professor və dosentləri mühazirə oxuyacaqlar.

BAKI, 14 iyun-Sputnik. Rusiya Dövlət Humanitar Universitetinin Beynəlxalq münasibətlər və xarici regionşünaslıq fakültəsinin bir qrup tələbəsi Bakı Slavyan Universitetinin (BSU) yay məktəbində staj keçmək üçün Bakıya gəlib.

BSU-nun mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirilir ki, iyunun 11-dən 25-ə qədər keçiləcək yay məktəbi üçün nəzərdə tutulan proqrama əsasən rusiyalı tələbələrə praktik Azərbaycan dili dərsləri keçiriləcək.

Bununla yanaşı, BSU-nun aparıcı professor və dosentləri tərəfindən "Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə", "Müasir Azərbaycan ədəbiyyatı", "Azərbaycan beynəlxalq münasibətlər sistemində". "Azərbaycanda dini tolerantlıq", "Azərbaycanın ictimai fikir tarixi", "Azərbaycan multikulturalizmi", "Azərbaycan mədəniyyəti" mövzularında mühazirələr oxunacaq.

Proqramda gənclərin Bakının tarixi və mədəni yerləri ilə tanışılığı da nəzərdə tutulub.

Xəbər lenti
0