Türkiyə Rusiya və Almaniyadakı səfirlərini dəyişdi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidTürkiyənin Rusiyadakı səfirliyi. Arxiv şəkli
Türkiyənin Rusiyadakı səfirliyi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirlərini dəyişib.

BAKI, 13 iyun-Sputnik. Türkiyə bir sıra ölkələrdəki və beynəlxalq təşkilatlardakı səfirlərini dəyişib.

Sputnik-in məlumatına görə, Türkiyə Cümhuriyyəti xarici siyasətdə problemləri olan ölkələrdəki səfirlərini yeniləri ilə əvəz edib.

Bundestaqın uydurma "erməni soyqırımı" qərarından sonra məsləhətləşmələr üçün Ankaraya çağırılan Almaniyadakı səfir Hüseyn Avni Karslıoğlu vəzifədən kənarlaşıdırılıb. Onun yerinə Xarici İşlər Nazirliyinin İkitərəfli siyasət və Afrika İşləri İdarəsinin müdir müavini Əli Kamal Aydın təyin olunub.

Türkiyənin Rusiyadakı səfiri də dəyişdirilib. Mərkəzə çağırılan Ümit Yardımı bu vəzifədə Braziliyadakı səfir Hüseyn Lazip Diriöz əvəzləyəcək.

Türkiyə XİN-in İkitərəfli siyasət məsələləri üzrə baş direktoru, Azərbaycandakı sabiq səfir Hulusi Kılıç Moldovaya, XİN-in aparat rəhbəri, qısa müddət nazir vəzifəsini də tutmuş Firudin Sinirlioğlu BMT-nin baş qərargahına, Milli İstihparat Təşkilatının sədr müavini İsmayıl Hakkı Musa isə Fransaya səfir təyin edilib.

Qeyd edək ki, Yeni Böyükelçilər Qərarnaməsinə əsasən dəyişiklik baş verən səfirliklər arasında Türkiyənin Azərbaycandakı səfirliyi də var. Hazırkı səfir İsmayıl Alper Coşkunun yerinə bu vəzifəyə Erkan Özoral təyin edilib. E.Özoral bundan əvvəl Türkiyə XİN-in baş direktor müavini vəzifəsində çalışıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş müstəşarı (aparat rəhbəri) Meral Barlaş isə Argentinaya səfir göndərilib.

Xəbər lenti
0