13:44 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin ikinci dərəcəli yeni sərhəd gözətçi gəmisi ilə tanış olub

Göyərtəsinə helikopterin enməsi mümkün olan gəmi Xəzərdə dövlət sərhədlərimizi qoruyacaq

© Photo: Azərbaycan Prezidentinin rəsmi saytı
XƏBƏRLƏR
Qısa URL
5001

Prezident İlham Əliyev Xəzərin təhlükəsizliyini qoruyacaq yeni gəmilər və itisürətli qayıqlarla tanış olub.

BAKI, 13 iyun-Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan ikinci dərəcəli sərhəd gözətçi gəmisi və yeni istifadəyə verilən müasir itisürətli qayıqlarla tanış olub.

Sputnik president.az-a istinadla xəbər verir ki, İlham Əliyev əvvəlcə DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb, onların texniki göstəriciləri ilə tanış olub.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla təsdiq olunmuş "Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakının Türkan qəsəbəsində DSX-nin Sahil Mühafizəsinin yeni bazası inşa edilib.

Xidmətin Sahil Mühafizəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, sərhədçi dənizçilərin peşəkarlıq səviyyəsinin artırılması xidməti-döyüş fəaliyyətinin nəticələrinə bilavasitə müsbət təsir göstərib. Şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsinə, ekstremal şəraitdə peşə vərdişlərinin yüksək səviyyədə olmasına xidmət edən müxtəlif mövzularda döyüş və taktiki təlimlərin keçirilməsi Dövlət Sərhəd Xidmətində artıq ənənə halı alıb.

Dövlət başçısı ikinci dərəcəli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, yeni gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir.

Dəniz şəraitində göyərtəsinə helikopterin enməsi mümkün olan gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.

Sonra prezident sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Dövlət başçısı ikinci dərəcəli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub
Dövlət başçısı ikinci dərəcəli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub

Yeni istifadəyə verilən itisürətli qayıqlarda quraşdırılmış aşkaretmə qurğuları məhdud görmə şəraitində axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsinə, sərhəd növbətçilərinin çevikliyinin artırılmasına imkan yaradır. Müasir tipli radioelektron və naviqasiya cihazları, qəza xilasetmə və digər avadanlığın quraşdırıldığı sərhəd gözətçi gəmiləri və katerlərinə malik olan DSX-nin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək iqtidarındadır.

DSX Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək itisürətli və yüksək üzmə qabiliyyətli, müasir silahlar, mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı ilə təchiz edilmiş bir ədəd ikinci və altı ədəd üçüncü dərəcəli sərhəd gözətçi gəmisi inşa olunaraq DSX-nin döyüş sıralarına daxil edilib. Bunun sayəsində Xəzər dənizində Azərbaycan sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində uğurlu nəticələr əldə edilib.

DSX Xəzər dənizində beynəlxalq terrorizmə, qeyri-leqal miqrasiyaya və qaçaqmalçılığa qarşı mübarizə aparılması, döyüş hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli layihələr reallaşdırır.

Əlaqədar

Prezident SOCAR-ın yeni inzibati binasının açılışında iştirak edib
Prezident sərəncam imzaladı
Prezident yanında Təhlükəsizlik Şurasının fövqəladə iclası çağrılıb
Prezident: Ordu quruculuğuna daha da böyük diqqət göstəriləcək
Prezident cəmiyyətin səbrsizliklə gözlədiyi qərarı verdi
Teqlər:
qeyri-leqal miqrasiya, gəmi, naviqasiya, Sahil mühafizə xidməti, Türkan, Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzi, Xəzər rayonunun Türkan qəsəbəsi, prezident İlham Əliyev, Dövlət Sərhəd Xidməti, qayıq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Xəzər, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, İlham Əliyev, terrorizm, qaçaqmalçılıq

Əsas mövzular