Ermənistanda Rusiya ilə hərbi müqaviləyə kütləvi etiraz

© SputnikErmənistan parlamentinin binası qarşısında Rusiya əleyhinə etiraz aksiyası
Ermənistan parlamentinin binası qarşısında Rusiya əleyhinə etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiyaçılar "Ermənistanla Rusiyanın Raket Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsinə dair müqavilə"yə etiraz edirlər.

BAKI, 13 iyun-Sputnik. Ermənistan parlamentinin binası qarşısında Rusiya əleyhinə etiraz aksiyası keçirilir.

Sputnik Azərbaycan Sputnik Ermənistana istinadla xəbər verir ki, aksiya iştirakçıları parlamentdə müzakirəyə çıxarılan "Ermənistanla Rusiyanın Raket Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsinə dair müqavilə"yə etiraz edirlər.

Aksiya iştirakçıları "Nə torpağı, nə də havanı heç kimə verməyəcəyik!", "Növbəti satqınlıq addımı!"," Biz peryakovların ordusuna deyil, erməni ordusuna etibar edirik!" və digər şüarlar səsləndirirlər.

Aksiya iştirakçısı Tiqran Xzmalyan deyib ki, Rusiya ilə Ermənistan arasında müqavilənin imzalanması səhv addım və satqınlıqdır.

© SputnikAksiya iştirakçıları "Nə torpağı, nə də havanı heç kimə verməyəcəyik!", "Növbəti satqınlıq addımı!" və digər şüarlar səsləndiriblər
Aksiya iştirakçıları Nə torpağı, nə də havanı heç kimə verməyəcəyik!, Növbəti satqınlıq addımı! və digər şüarlar səsləndiriblər - Sputnik Azərbaycan
Aksiya iştirakçıları "Nə torpağı, nə də havanı heç kimə verməyəcəyik!", "Növbəti satqınlıq addımı!" və digər şüarlar səsləndiriblər

"Bu müqaviləni imzalamaqla təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı müharibə elan edirik" — deyə aksiyaçı əlavə edib.

Onun sözlərinə görə, bu müqavilə Ermənistanın gələcəyinin səssizcə Rusiyaya satılmasıdır.

Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar sessiyasında Ermənistanla Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi ilə bağlı müqavilə müzakirə ediləcək.

Xəbər lenti
0