20:35 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR1.9967
Xurma. Arxiv şəkli

Peyğəmbərin tövsiyə etdiyi möcüzəli bitkilər

© Foto : The Same Rainbow's End
XƏBƏRLƏR
Qısa URL
195252

Susuzluğu aradan qaldırmaq üçün içənin susuzluğunu aradan qaldırır. Şərdən qorunmaq üçün içəni şərdən qoruyar. Aclığı aradan qaldırmaq üçün içəni doyurar, xəstəliyə qarşı içən üçün şəfadır.

BAKI, 10 iyun — Sputnik. Məhəmməd peyğəmbər hələ 14 əsr bundan qabaq bəzi bitkilər və qidaların sirlərini açıb, onların faydalarından danışıb. Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, peyğəmbərin tövsiyə etdiyi tərəvəz və meyvələr aşağıdakılardır:

Yeməklərin seyyidi (üstünü) ət və düyüdür.

Quru üzüm ödü açar, bəlğəmi sökər, sinirləri qüvvətləndirər və çətinliyi aradan qaldırar.

Qovunda, qarpız sidik kisəsini yuyar, qarını yuyar, daxili xəstəliklərə şəfadır və dərini təmizləyir. Yeməkdən əvvəl qovun və qarpız yemək şəfadır.

Zeytun yağı 70 dərdə dəvadır. Zeytun yağı ilə müalicə hemoroy xəstəliyi üçün faydalıdır.

Sarımsaq 70 dərdə dəvadır. "Əgər mənə mələk gəlməsəydi, əlbəttə mən də yeyərdim. Soğan-sarımsaq yemək haram deyil. Lakin qoxusu getmədən məscidimizə yaxınlaşmayın!", — peyğəmbər buyurub.

Balqabaq beyni qidalandırır, düşüncəni artırır. Balqabaq baş ağrısı üçün yaxşıdır. Mərciməyə 70 peyğəmbər dua edib.

Doğuşdan sonra qadın xurma yesə, uşağı sakit olar. Həzrəti İsanın doğumunda Həzrəti Məryəm xurma yedi. Daha yaxşısı olsaydı, Allahu-Təala onu verərdi. Qurudulmuş xurma zəhərə qarşı şəfadır.

Göbələk suyu gözə şəfadır.

Əncir sancıya qarşı yaxşı gəlir.

Çörəkotuna davam edin. Çünki onda ölümdən başqa hər dərdə şəfa var. Rəsulullah rahatsız olanda bir ovuc çörəkotunu ağzına qoyub ballı su içərdi.

Zəmzəm və çörəkotu hər dərdə şəfadır. Zəmzəm suyu içənin niyyətinə görə şəfa verir, susuzluğu aradan qaldırmaq üçün içənin susuzluğunu aradan qaldırır. Şərdən qorunmaq üçün içəni şərdən qoruyar. Aclığı aradan qaldırmaq üçün içəni doyuzdurar, xəstəliyə qarşı içən üçün şəfadır.

Yeməyə duzla başlamaq və bitirmək 70 xəstəliyə şəfadır.

İnək südü şəfa, yağı dərmandır. Südlü qidalar xəstənin ürəyinə fərahlıq verər.

Süd içən hamilə qadının oğlu olsa, ürəyi təmiz, qızı olsa, gözəl olar.

Əlaqədar

Bitkilərin faydasından tam istifadə edə bilirik?
İnsan orqanizmi üçün çox faydalı 6 bitki
Azərbaycanda bitən bu bitki əvvəlcə adamı dəli edir, sonra öldürür
Bu bitki sizi və evinizi xəstəliklərdən qoruyacaq
Bu bitki sizi bağırsaq xərçəngindən və qəbizlikdən xilas edə bilər
Teqlər:
şəfa, tərəvəz, Məhəmməd peyğəmbər, bitki, meyvə

Əsas mövzular