01:11 21 İyun 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9671
XƏBƏRLƏR

Sabah yenə leysan yağacaq

XƏBƏRLƏR
Qısa URL
7901

İyunun 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

BAKI, 10 iyun — Sputnik. Bakıda və Abşeron yarımadasında iyunun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Şimşək. Arxiv şəkli
© Foto : kairblog.ru

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 11-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 11-16, yüksək dağlıq ərazilərdə gecə 0-4, gündüz 4-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə: İyunun 12-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Əlaqədar

Bodrumda leysan yağıb, evləri və otelləri su basıb
Sabah Azərbaycanın bəzi yerlərində leysan gözlənilir
Sabah Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq
Bakı və rayonlarda güclü yağış gözlənilir
Yenə yağış, dolu, şimşək...
Bakıda yağış, rayonlarda dolu gözlənilir
Teqlər:
hava, isti, soyuq, külək, yağış, leysan

Əsas mövzular