İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi

© Photo : Pool Photo via APİlham Əliyev və Rəcəb Tayyib Ərdoğan
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti: "Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir"

BAKI, 7 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Sputnik xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, əziz qardaşım, İstanbulda törədilmiş partlayış nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Bu amansız terror aktı terrorizmin bütün təzahürlərinə qarşı ən kəskin şəkildə mübarizə aparılmasının vacibliyini bir daha təsdiq edir. Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".

Xəbər lenti
0