Qazaxıstanda terrorçular zərərsizləşdirilib

© newskaz.ruПерестрелка в городе Актобе, Казахстан
Перестрелка в городе Актобе, Казахстан - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstanın Aktoba şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.

BAKI, 5 iyun-Sputnik. Qazaxıstanın Aktoba şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.
Sputnik-in məlumatına görə, bunu Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayev xəbər verib.

"Aktoba şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir", — deyə Sadubayev bildirib.

Dəqiqləşdirilmiş məlumata görə, bu gün Aktoba şəhərindəki "Pallada" silah mağazası və Milli Qvardiyanın hərbi hissəsi bir qrup şəxsin hücumuna məruz qalıb.

Qazaxıstan DİN-in verdiyi məlumata görə, quldurlar "Pantera" mağazasına da hücum ediblər. Hərbi hissəyə hücum zamanı isə marşrut avtobusunu ələ keçirərək sürücünü və sərnişinləri düşürüblər.

Xəbər lenti
0