SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Kreml Vladimir Putin, Həsən Ruhani və İlham Əliyevin Bakıda görüşəcəyini təsdiqlədi

© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiPrezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin
Prezidentlər İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Üç prezidentin görüşü bu ilin ikinci yarısının əvvəllərində baş tutacaq.

BAKI, 3 iyun-Sputnik. "Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşünə hazırlıq gedir. Görüş ilin ikinci yarısının əvvəllərinə planlaşdırılır. Razılıq əldə olunduqdan sonra ətraflı məlumat verəcəyik."

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov üç ölkə prezidentinin Bakıda panlaşdırılan görüşü barədə deyib.

Bir müddət əvvəl İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Azərbaycan, İran və Rusiya prezidentlərinin bu ilin ikinci yarısında görüşəcəklərini demişdi. O, bu görüşün Bakıda baş tutacağını bildirmişdi.

Görüşün məqsədi ilə bağlı rəsmi açıqlama verilməsə də, diplomatik mənbələr bunun regionun geosiyasi gələcəyi, üçtərəfli əməkdaşlıq, regional enerji təhlükəsizliyi, Xəzərin birgə qorunması ilə bağlı olacağını bildirirlər.

Xəbər lenti
0