06:14 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
494852

Mətbuat Türkiyə Prezidentinin "Danışıqlarda nəticə alınmazsa, parlamentimizdən miqrasiya sazişinin tətbiqi ilə bağlı qərar çıxmaz" açıqlamasını Avropaya təhdid kimi qiymətləndirib

BAKI, 25 may — Sputnik. Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanın, Avropa İttifaqı ilə aparılan viza danışıqları ilə bağlı verdiyi açıqlama Avropada böyük əks-səda doğurub. "Avropa İttifaqı üzrə nazirlərimiz görüşəcəklər. Bu danışıqlarda nəticə alındı, alındı. Alınmadığı təqdirdə qüsura baxmasınlar. Türkiyə Respublikasının parlamentindən miqrasiya sazişinin tətbiqi ilə bağlı qərar, qanun çıxmaz", —deyə Ərdoğan bildirib.

Türkiyə və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
© AP Photo / Murad Sezer

Almaniya mətbuatı Türkiyə Prezidentinin Dünya Humanitar Zirvəsinin bağlanışında vizaların qaldırılması ilə bağlı dediyi sözləri təhdid olaraq qiymətləndirib. "Spiegel" online qəzeti yazıb ki, Türkiyə Prezidenti Avropa Birliyinin (AB) vizaların ləğvi ilə bağlı addım atmayacağı təqdirdə, miqrasiya sazişini qüvvəyə mindirmək istəmir.

"Rəcəb Tayyib Ərdoğan, viza danışıqlarında irəliləyiş olmazsa, Türkiyə parlamentinin miqrasiya sazişini təsdiqləməyəcəyini ifadə edib", — deyə qəzet yazır.

"Zeit" qəzeti isə yazıb ki, Ərdoğanın bir daha AB-yə təzyiq etdiyini yazıb: "Ərdoğan zirvənin bağlanışında AB üzvlərinə xəbərdarlıq etdi: əgər AB viza ilə bağlı addım atmazsa, AB-Türkiyə razılaşması qüvvəyə minməyəcək".

İsveçrənin "Blick" qəzeti də, prezident Ərdoğanın Dünya Humanitar Zirvəsinin bağlanışındakı çıxışını Avropaya təhdid olaraq qiymətləndirib. "Blick"in yorumuna görə, Avropa Birliyi ilə Türkiyə arasındakı anlaşılmazlıq artmaqdadır: "Ərdoğan, viza ilə bağlı addım atılmazsa, sazişdən imtina ilə təhdid edir".

Qəzet, bu arada Türkiyədən Yunanıstana gedən qaçqınlara mane olunduğunu da diqqətə çatdırıb.

Əlaqədar

Ərdoğan hədəfinə yaxınlaşır: sultanlıq, yoxsa siyasi sabitlik?
Merkel: "Ərdoğana açıq şəkildə dedim ki..."
Obama Ərdoğana söz verdi
Putin Ərdoğan haqqında: "Yardım əli uzatmağa hazırıq"
Obama ilə Ərdoğan Ağ Evdə görüşdülər
"Obama-Ərdoğan görüşündə Yaxın Şərqin gələcək konturları müəyyənləşəcək"
Teqlər:
"Blick", "Zeit", "Spiegel", Almaniya mətbuatı, viza danışıqları, Avropa İttifaqı, Rəcəb Tayyib Ərdoğan, Türkiyə prezidenti

Əsas mövzular