04:58 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
3320

Hər həftənin şənbə və bazar günləri axşam saatlarında şəhərdə maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaq

BAKI, 23 may — Sputnik. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı yeni layihəyə start verir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, məqsəd həftənin şənbə və bazar günləri axşam saatlarında şəhər sakinləri və paytaxtımızın qonaqlarının asudə vaxtlarının səmərəli və maraqlı təşkilinə yardım etməkdir.

Mayın 21-22-də tamaşaçılara Tofiq İsgəndərlinin iştirakı ilə "İlluziya şou"su, Niyaz Qasımovun aparıcılığı ilə əyləncəli oyunlar və teatrın bədii rəhbəri İntiqam Soltanın quruluşunda "Göyçək Fatma" tamaşaları nümayiş etdirilib.

Qeyd edək ki, yay aylarında açıq havada hər həftənin şənbə və bazar günləri saat 19:00-dan 21:00-dək Səbail rayonunda yerləşən Xaqani bağında (Malakan bağı), teatrın repertuarında olan maraqlı tamaşalar nümayiş etdiriləcək, balacalar üçün müxtəlif əyləncəli oyunlar və şoular təşkil olunacaq.

Əlaqədar

Kukla teatrının rejissoru: nağıl qəhrəmanları azdır
"Teatrı sevən insanlar biletə pul tapıb gedir"
Salyandan Təbrizə qədər yeganə teatr
Azərbaycanda yeni teatr yaradıldı
Dram Teatrında “Boy çiçəyi” nümayiş olundu
Teqlər:
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Bakı Uşaq Teatrı, Mədəniyyət və Turizm Nazirliyi, Bakı, tamaşa

Əsas mövzular