21:47 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
16 0 0

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev: Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür.

BAKI, 19 may — Sputnik. “SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı Səfirliyi ilə təmasdadır. Bu barədə XİN sözçüsü Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi də Əfqanıstan tərəfi ilə təmasa keçib.

"Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür", deyə Hacıyev əlavə edib.

Əlaqədar

"Silk Way"-in qəzaya uğrayan təyyarəsi 1 milyon dollar dəyərində sığortalanıbmış
Teqlər:
qəza, aviaqəza, Azərbaycanın Türkmənistandakı səfirliyi, SilkWay” aviaşirkəti, Əfqanıstanın Xarici İşlər Nazirliyi, XİN sözçüsü, Hikmət Hacıyev, Əfqanıstan, Azərbaycan, Türkmənistan

Əsas mövzular