"Eurovision-2016"-da həyəcanlı anlar: ölkə kodu+9450#yes

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidФинал международного конкурса "Евровидение-2016"
Финал международного конкурса Евровидение-2016 - Sputnik Azərbaycan
Abunə olmaq
"Eurovision-2016" yarışmasında səsvermə mərhələsi artıq başlayıb.

BAKI, 15 may-Sputnik. "Eurovision-2016" yarışmasında səsvermə mərhələsi artıq başlayıb. Hər kəs, öz ölkəsi istisna olmaqla, istənilən iştirakçı ölkənin kodunu yazıb 9450-yə SMS göndərə bilər.

Qeyd edək ki, yarışmanın finalında 26 ölkənin nümayəndəsi iştirak edir:
1. Belçika, 2. Çexiya, 3. Niderland, 4. Azərbaycan, 5. Macarıstan, 6. İtaliya, 7. İsrail, 8.Bolqarıstan, 9. İsveç, 10. Almaniya, 11. Fransa, 12. Polşa, 13. Avstraliya, 14. Kipr, 15. Serbiya, 16. Litva, 17. Xorvatiya, 18. Rusiya, 19. İspaniya, 20. Latviya, 21. Ukrayna, 22. Malta, 23. Gürcüstan, 24. Avstriya, 25. Böyük Britaniya, 26. Ermənistan.

Finala birbaşa vəsiqə qazanan ölkələr — müsabiqənin bu ilki ev sahibi İsveç və "böyük beşlik" ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.
Azərbaycan təmsilçisi Səmra Rəhimli "Miracle" mahnısı ilə 4-cü yerdə çıxış edib. O, indiyə qədər yarışın favoritlərindən biri sayılır.

"Eurovision-2016" 50 ölkənin telekanalları vasitəsilə yayımlanır. Bu il ilk dəfə olaraq ABŞ və Çin də Eurovision-un yayımına qoşulub.
Stokholmun "Globe" arenasında "Eurovision-2016" mahnı müsabiqəsinin final şousu dünyaca ünlü müğənni Castin Timberleyklə (Justine Timberlake) davam edir.

61-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib.

Qaydaya görə, finalçıların hamısı çıxış etdikdən sonra iştirakçı ölkələrin səsverməsi keçirilir. Səsvermənin nəticələrinə əsasən "Eurovision-2016" yarışmasının qalibi müəyyən edilir.

Xəbər lenti
0