Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü planlaşdırılır

© Photo : APAGeneral-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz. Arxiv şəkli
General-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq

BAKI, 13 may — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti ilə mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır. Bu barədə Sputnik-ə Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub. Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

Xəbər lenti
0