16:10 24 Fevral 2018
Canlı yayım
2014-cü ildə Türkiyə Gənclik Birliyinin üzvləri İstanbulda ABŞ əsgərlərinin başına çuval keçirmişdilər

Amerikalı əsgərlərin başına çuval keçirən türklərə pul cəzası verildi

© Foto: DHA
XƏBƏRLƏR
Qısa URL
40 0 0

Məhkəmə 5 şübhəlini 4 min lirə (təxminən 1350 dollar) cərimə ödəməyə məhkum edib.

BAKI, 7 may – Sputnik. İstanbulda 2 ABŞ əsgərinin başına çuval keçirilməsi ilə əlaqədar keçirilən məhkəmə prosesi başa çatıb.

Sputnik CNN Türk-ə istinadən xəbər verir ki, Türkiyə Gənclik Birliyinin 13 üzvünün mühakimə olunduğu prosesdə qərar açıqlanıb.

Məhkəmə 5 şübhəlini 4 min lirə (təxminən 1350 dollar) cərimə ödəməyə məhkum edib.

Xatırladaq ki, 2003-cü il iyulun 4-də Amerika əsgərləri İraqın Süleymaniyyə şəhərində Türkiyə zabitlərinin olduğu qərargaha basqın təşkil edib. Amerika əsgərləri türk əsgərlərinin başlarına çuval keçirib onları Bağdada aparıb. Buna cavab olaraq 2014-cü ildə Türkiyə Gənclik Birliyinin (TGB) üzvləri İstanbulda ABŞ əsgərlərinin başına çuval keçirmişdilər.

Əsas mövzular