Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Aparıcı canlı yayımda keçindi

© Photo : haberler.comƏhməd Kaimi İranın dövlət televiziyasının aparıcısı
Əhməd Kaimi İranın dövlət televiziyasının aparıcısı - Sputnik Azərbaycan
Abunə olmaq
Əlində mikrofonu ilə yerdə uzanan aparıcını xəstəxanaya aparmaq istəyiblər. Ancaq 40 yaşlı aparıcının canlı yayımda infarkt keçirdiyi üçün vəfat etdiyi məlum olub.

BAKI, 4 may — Sputnik. İran telekanallarının birində aparıcı canlı yayımda ölüb. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, əmək bayramı ilə bağlı yayımlanan buraxılışda verilişin aparıcısı Əhməd Kaimi qabaqcıl işçilərin adlarını səsləndirən zaman yerə yıxılıb.

Əlində mikrofonu ilə yerdə uzanan aparıcını xəstəxanaya aparmaq istəyiblər. Ancaq 40 yaşlı aparıcının canlı yayımda infarkt keçirdiyi üçün vəfat etdiyi məlum olub.

Qeyd edək ki, Əhməd Kaimi İranın dövlət televiziyasında aparıcılıq və şoumenlik edib.

Xəbər lenti
0