18:39 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
18110

Bu direktiv Türkiyə vətəndaşlarına Şengen zonasına daxil olmaq üçün tətbiq edilən viza rejiminin ləğv edilməsi ilə eyni vaxtda qüvvəyə minəcək

BAKI, 3 may — Sputnik. Türkiyə hökumətinin rəsmi orqanı olan "Resmi Gazete" Türkiyə Nazirlər Kabinetinin Avropa İttifaqına (Aİ) üzv dövlətlərin vətəndaşları üçün viza rejimini ləğv etməsi barədə qərarını dərc edib. Sputnik-in məlumatına görə, bu direktiv eyni zamanda Türkiyə vətəndaşlarına Şengen zonasına daxil olmaq üçün tətbiq edilən viza rejiminin də ləğv edilməsi ilə eyni vaxtda qüvvəyə minəcək.

Türkiyə hökuməti bu qərarı "Xaricilərin beynəlxalq müdafiəsi haqqında" qanuna əsasən qəbul edib. Türkiyə vətəndaşlarına vizasız rejimin tətbiq olunması mart ayında Aİ ilə Ankara arasında bağlanmış sazişin bir hissəsidir.

Bu razılaşmaya əsasən, Türkiyə ərazisindən Yunanıstana daxil olan bütün qeyri-leqal miqrantlar Türkiyəyə geri qaytarılacaq və leqal Suriya qaçqınları ilə dəyişdiriləcək. Bu razılaşma əsasında Türkiyə 3 milyard avro alacaq.

Mayın 4-də Avropa Komissiyası Türkiyə vətəndaşları üçün nəzərdə tutulmuş viza rejiminin liberallaşdırılması sahəsindəki irəliləyişlərlə bağlı üçüncü hesabatını təqdim edəcək. Əgər bu hesabat təsdiqlənsə, vizanın ləğvi tövsiyə oluna bilər. Bunun üçün Ankara Avropa İttifaqının 72 maddədən ibarət olan bütün tələblərini yerinə yetirməlidir.

Xatırladaq ki, Avropa Komissiyası aprelin sonunda Türkiyənin göstərilən müddətə qədər bütün şərtləri yerinə yetirəcəyi təqdirdə, bu ölkəyə vizasız rejimin təklif oluna biləcəyinə dair bəyanat yaymışdı.

Əlaqədar

Avropadan Türkiyəyə viza şərti
İranla viza rejimi qaldırılır?
İyulun 1-dən Türkiyə ilə Aİ arasında viza rejimi qaldırılacaq
Davudoğlu: Avropa İttifaqı ilə Türkiyə arasındakı viza rejimi ləğv ediləcək
Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız getmək olar?
Nazir: Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək
Teqlər:
şengen, viza, "Resmi Gazete", Avropa İttifaqı, Türkiyə

Əsas mövzular