Zakir Həsənov mobil səhra hospitallarının vəziyyətini yoxlayıb

© Photo : mod.gov.azMüdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitallardan birində olub
Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitallardan birində olub - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitallarının birində olub və həkimlərlə görüşüb.

BAKI, 27 aprel-Sputnik. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitallarının birində olub və həkimlərlə görüşüb.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.

Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub.

Mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.

Xəbər lenti
0