MN: Ermənilərin yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq

© AP Photo / Abbas AtilayAzərbaycan tankları Ağdamda. Arxiv şəkli
Azərbaycan tankları Ağdamda. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi: Biz düşmənin yalnız atəş nöqtələrinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endiririk.

BAKI, 27 aprel-Sputnik. Düşmən dinc sakinləri atəşə tutmaqda davam etsə, onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq.

Sputnik-in məlumatına görə, Müdafiə Nazirliyi bu barədə rəsmi facebook səhifəsində açıqlama yayıb.

Azərbaycan silahlı bölmələrinin işğal atındakı yaşayış məntəqələrini atəşə tutması barədə ermənilərin yaydığı məlumatlara münasibət bildirən MN-in açıqlamasında deyilir:

"Azərbaycan Silahlı Qüvvələrinin guya ermənilərin dinc sakinlərini atəşə tutması barədə düşmən mətbuatında yayılan informasiyalar kökündən yalandır. Azərbaycan Ordusu yalnız düşmənin atəş nöqtələrinə zərbələr endirir. Bizim dinc əhali ilə işimiz yoxdur. Biz düşmənin yalnız atəş nöqtələrinə yüksək dəqiqliyə malik silahlarla zərbələr endiririk. Onlar isə bizdən fərqli olaraq, yaşayış evlərini iriçaplı silahlardan atəşə tuturlar. Ermənilərin endirdiyi zərbələr nəticəsində Tərtərdə xeyli sayda yaşayış evinə ziyan dəyib. Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, biz də onların yaşayış məntəqələrində yerləşən hərbi obyektlərini vuracağıq".

Xəbər lenti
0