Hidrometeoroloqlardan havanın kəskin dəyişəcəyi barədə xəbərdarlıq

© vestifinanceSoyuq Hava kütlələri
Soyuq Hava kütlələri - Sputnik Azərbaycan
Abunə olmaq
Sabahdan havanın temperaturu 5-10 dərəcə aşağı düşəcək.

BAKI, 27 aprel-Sputnik. Aprelin 28-i axşama doğru qərb rayonlarından başlayaraq ayın sonunadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. 

Bu barədə məlumat Sputnik-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olub.

Məlumata görə, sabah şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək.

Xəbər lenti
0