09:50 06 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0403
  • RUB0.0227
XƏBƏRLƏR

SOCAR-ın çilingəri bədbəxt hadisə nəticəsində həlak oldu

XƏBƏRLƏR
Qısa URL
9901

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.

BAKI, 25 apr — Sputnik. SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu gün Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Paşa oğlu Zığ-2 istehsalat sahəsində “Senebogen” markalı qaldırıcı kranı demontaj edərkən sırğortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarıb və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib.

O, aldığı xəsarətdən ölüb.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.

Əsas mövzular