12:35 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu

Bakıda beynəlxalq forum keçirilir

© AZƏRTAC
XƏBƏRLƏR
Qısa URL
12301

BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu işə başlayıb. 3 gün davam edəcək Forumda yüksək rəsmilərin toplantısının, 30-a yaxın sessiyanın keçirilməsi nəzərdə tutulur.

BAKI, 25 apr — Sputnik. Bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu işə başlayıb. Sputnik xəbər verir ki, Forum "İnkluziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilir.

Rəcəb Tayyib Ərdoğan
© REUTERS / Murat Cetinmuhurdar

7-ci Qlobal Forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın iştirakı gözlənilir. 3 gün davam edəcək Forumda yüksək rəsmilərin toplantısının, 30-a yaxın sessiyanın keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı Dostlar Qrupunun Nazirlər Toplantısında Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Azərbaycan paytaxtında keçirilməsi barədə qərar qəbul olunub. Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Əlaqədar

Davos Forumu dünyaya nə vəd edir?
BMT Baş Qərargahında Azərbaycanın və 7-ci Qlobal Forumun təqdimatı keçirilib
Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək
Bakıda Azərbaycan-Qazaxıstan biznes-forumu keçiriləcək
VI Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb
Azərbaycan prezidenti III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edib
Teqlər:
Gənclər Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, sivilizasiya, gənclər, BMT, Bakı

Əsas mövzular