18:55 08 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
26 0 0

Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev zabit, gizir və çavuş heyətinin iştirakı ilə keçirilən intensiv ingilis dili kurslarının əhəmiyyətindən və mahiyyətindən danışıb

BAKI, 22 apr — Sputnik. Tədris planına əsasən aprelin 22-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici Dil və Tərəfdaşlıq Mərkəzində komandanlığın iştirakı ilə intensiv xarici dil kurslarının buraxılış mərasimi keçirilib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, əvvəlcə mərhum prezident Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Sonra Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev zabit, gizir və çavuş heyətinin iştirakı ilə keçirilən intensiv ingilis dili kurslarının əhəmiyyətindən və mahiyyətindən danışıb. O, təməl, orta və təkmilləşdirmə qruplarından ibarət təşkil edilən kursları bitirən dinləyicilərə gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Əlaqədar

Ermənilərin hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb
Azərbaycan Rusiyadan yeni hərbi helikopterlər alıb
Döyüş meydanında itkin düşmüş sonuncu hərbi qulluqçumuzun meyiti tapılıb
Cəbhəyanı kəndlərdə 51 ədəd partlamamış hərbi sursat aşkar edilib
"Yetər ki, Ermənistanla Azərbaycan hərbi meydanda təkbaşına qalsın"
Hərbi hospitalda tibb bacılarını öldürməkdə şübhəli bilinənlər saxlanılıb
Teqlər:
buraxılış, kurs, Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Hərbi Akademiyası

Əsas mövzular